Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də İordaniya Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Kral II Abdullah ad günü münasibətilə dövlət başçısını təbrik etmiş, ali dövləti fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Prezident İlham Əliyev təbrikə və diqqətə görə minnətdarlığını bildirmişdir.
Telefon
söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə
olunmuşdur.
Azərbaycan.-2012.- 25 dekabr.- S.1.