Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri
Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə
dostluq münasibətlərinin gələcəkdə də
dinamik şəkildə inkişaf edəcəyinə əmin
olduqlarını bildirmişlər.
Azərbaycan.-2012.- 25 dekabr.- S.1.