Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Abdullah Gül Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Dövlət başçısı təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirmişdir.
Prezidentlər
ölkələrimiz arasında dostluq münasibətlərinin
bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə
əminliklərini ifadə etmişlər.
Azərbaycan.-2012.- 25 dekabr.- S.1.