Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin rəhbərliyinizlə dost Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanmış, regional və beynəlxalq aləmdə öz mövqelərini xeyli möhkəmlətmişdir.
Biz Tacikistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsi işinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. İnanıram ki, birgə səylərimiz sayəsində Tacikistan və Azərbaycan xalqlarının mənafeləri naminə ölkələrimizin əməkdaşlığını bundan sonra da kompleks şəkildə inkişaf etdirəcəyik.
Hörmətli İlham Heydər oğlu, həyatınızın bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, dost Azərbaycan xalqının naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Emoməli RƏHMON,
Tacikistan Respublikasının Prezidenti
Azərbaycan.-2012.- 25 dekabr.- S.2.