Prezident İlham Əliyev Sumqayıtdakı Nəsimi adına mədəniyyət

 və istirahət parkında görülən yenidənqurma və abadlıq işlərinin

 gedişi ilə tanış olmuşdur

 

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Nəsimi adına mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

Məlumat verildi ki, 100 hektara yaxın sahəsi olan Nəsimi parkında dövlət başçısının tapşırığına əsasən aparılan işlər "Göyərçin" abidə kompleksinə qədər olan ərazidə artıq yekunlaşmışdır.

Prezident İlham Əliyev abadlıq və yenidənqurma işlərinin yüksək keyfiyyətlə davam etdirilməsinə dair tapşırıq və tövsiyələrini verdi.

 

 AzərTAc

Azərbaycan.-2012.- 25 dekabr.- S.3.