2013-cü il Naxçıvan Muxtar Respublikasında

 «Heydər Əliyev ili» elan edilmişdir

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında

 

Dekabr ayının 22-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir. Sessiyada 5 məsələ müzakirə olunmuşdur: 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı və Avropa Şurasının YerliRegional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyəti rəhbərinin məlumatı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə etmişdir. Qeyd etmişdir ki, yola saldığımız ildə ötən dövrlərdə qazanılan nailiyyətlər daha da möhkəmləndirilmişdir. Əksər sahələr üzrə qarşıya qoyulmuş vəzifələr icra edilmiş, inkişafın artan dinamikası qorunub saxlanılmış, iqtisadisosial həyatın bütün sahələrində tərəqqiyə nail olunmuşdur.

2012-ci ilin ən yaddaqalan hadisələrindən biri ölkə Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri oldu. Bu səfər zamanı ölkə başçısının bir gün ərzində 10 yeni obyektin açılış mərasimlərində iştirak etməsi bu qədim diyarda gedən inkişafı səciyyələndirən əsas göstəricilərdəndir.

Biz bu inkişafa ilk növbədə ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi sayəsində nail olmuşuq. Heç şübhəsiz ki, nailiyyətlərin əldə olunmasında ölkə Prezidenti tərəfindən müxtəlif sahələrin inkişafını nəzərdə tutan, konkret məqsəd və vəzifələri özündə əks etdirən dövlət proqramlarının qəbulu, yeridilən düzgün iqtisadi siyasət də mühüm roy oynamışdır.

Muxtar respublikanın inkişafına təsir göstərən mühüm amillərdən biri  Prezidentin 2012-ci il mayın 30-da imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan muxtar respublikaya 10 milyon manat vəsaitin ayrılmasıdır.

Ali Məclisin Sədri daha sonra demişdir ki, iqtisadiyyatın bütün sahələrində əldə olunmuş uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstərici kimi ümumi daxili məhsulun həcminin artımına da təsir etmişdir. 2012-ci ildə ümumi daxili məhsulun həcmi bir il öncəyə nisbətən 12 faiz artaraq 2 milyard 14 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 11 faizlik artımla 4765 manata çatmışdır. Ümumi daxili məhsulun böyük bir hissəsi, başqa sözlə, 65 faiziya 1 milyard 309 milyon manatı məhsul istehsalının payına düşmüşdür.

2012-ci ildə yerli xammaldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən müxtəlif təyinatlı 84 istehsal və xidmət müəssisəsi yaradılmış, muxtar respublikada 115 növdə 335 çeşiddə ərzaq, 229 növdə  524 çeşiddə qeyri-ərzaq məhsulları istehsal olunmuşdur. 106-sı ərzaq və 224-ü qeyri-ərzaq olmaqla 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Yeni istehsal və xidmət sahələrinin işə düşməsinə təsir göstərən mühüm amillərdən biri də səmərəli kreditləşmə mexanizminin formalaşmasıdır. Cari ildə muxtar respublikanın bankkredit təşkilatları tərəfindən 56 milyon manatdan çox kredit verilmişdir. Bunun da 17 milyon manatı fərdi sahibkarlığın inkişafına, 18 milyon manatdan çoxu isə özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.

Muxtar respublikada həyata keçirilən özəl sektorun dəstəklənməsi, güzəştli şərtlərlə dövlət maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq fəaliyyəti sahəsində münbit şərait yaratmış, 2012-ci ildə sahibkarlıq fəaliyyəti ilə bağlı 19 hüquqi və 1325 fiziki şəxs qeydiyyata alınmışdır. Sahibkarlıq subyektlərinin sayının artması, onlar üçün kreditlərin verilməsi yeni yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinə də müsbət təsir göstərmişdir. Cari ildə 7641-i daimi olmaqla 7996 yeni yeri yaradılmışdır. Muxtar respublikanın ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 87 faizə çatmışdır.

Son illər daxili tələbatın ödənilməsi məqsədilə bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması sənaye sektorunun 2012-ci ildə ümumi daxili məhsulun tərkibində 27 faizlik paya malik olması ilə nəticələnmişdir. Bu sektorda aparılan uğurlu islahatların nəticəsidir ki, 2012-ci ildə ötən illə müqayisədə 15 faiz çox, yəni 796 milyon manata yaxın sənaye məhsulu istehsal edilmişdir. Bunun da 93 faizə qədəri özəl bölmənin payına düşür. Həmçinin 2012-ci ilin məhsulu üçün 60 min 118 hektar sahədə əkin aparılmışdır ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 98 hektar çoxdur. Məhsul istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək cari ildə də strateji əhəmiyyəti nəzərə alınaraq taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanılmış,  2012-ci ilin məhsulu üçün 34 min 965 hektar sahədə taxıl əkilmiş, zəmilərdən 101 min 848 ton məhsul götürülmüşdür.

2012-ci il fevralın 14-də təsdiq olunmuş "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzliyin inkişafı üzrə Dövlət Proqramı"nın icrası istiqamətində tədbirlər görülür. Cari ildə əkin sahələrindən 65 min tondan çox tərəvəz, meyvə bağlarından 42 min ton meyvə, 14 min tondan çox üzüm toplanmışdır.

Aqrar sektorda yüksək iqtisadi aktivliyi qoruyub saxlayan amillərdən biri də kənd təsərrüfatının zəruri maşın və mexanizmlərlə, eləcə də mineral gübrə ilə təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 194-ü 2012-ci ildə olmaqla, 879 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Cari ildə 185 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarının istifadəsinə verilmiş, məhsul istehsalçıları 3950 ton mineral gübrə ilə təmin olunmuşdur.

2012-ci ildə mövcud mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün 321 baş, bütövlükdə isə son 4 ildə 1341 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir. Bütövlükdə 2012-ci ildə muxtar respublikada 316 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu, ötən il ilə müqayisədə 9 faiz artım deməkdir.

2012-ci ildə torpaq sahələrindən səmərəli istifadə olunması və suvarma suyuna olan tələbatın ödənilməsi üçün meliorasiyairriqasiya sahəsində həyata keçirilən tədbirlərin miqyası genişləndirilmiş, 2012-ci ildə 5 nasos stansiyası, 11 subartezian quyusu və 32 kəhriz istifadəyə verilmişdir.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində həyata keçirilən ekoloji tədbirlərin intensivliyicari ildə diqqətdə saxlanılmış, ilin əvvəlindən 525 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, üç yüz mindən çox ağacgül kolları əkilmişdir.

Məruzədən daha sonra aydın oldu ki, muxtar respublikada tikinti-quruculuq tədbirlərinin geniş vüsət alması investisiyalara olan tələbin həcmini də artırmışdır. 2012-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi əvvəlki illə müqayisədə 20 faiz artaraq 979 milyon manat təşkil etmişdir. İnvestisiya qoyuluşlarının 89 faizi, yaxud 871 milyon manatı bilavasitə tikinti-quraşdırma işlərində istifadə olunmuşdur. Nəticədə ilin əvvəlindən 658 obyekt tikilərək, əsaslı bərpa və ya təmir olunaraq istifadəyə verilmişdir.

Son illər tikintidə müşahidə olunan əsas istiqamətlərdən biriyeni yaşayış binalarının tikilməsidir. Bu sahədə də dövlət gənc ailələrə öz köməyini göstərir. Bu məqsədlə cari ildə mənzil almaq istəyən gənc ailələrə dəstək məqsədilə İpoteka Fondunun vəsaiti hesabına 718 min manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur.

Muxtar respublikanın kəndlərində idarəçiliyin mərkəzləşdirilməsi, kəndin ictimai həyatında mühüm rol oynayan müxtəlif təşkilatların müasir standartlara cavab verən kənd mərkəzlərində yerləşdirilməsi məqsədilə muxtar respublikada kənd və xidmət mərkəzlərinin tikintisinə diqqət artırılmış, 2012-ci ildə 13 kənd mərkəzi, 14 xidmət mərkəzi istifadəyə verilmişdir.

Kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi, bu sahədə infrastrukturun yenilənməsi və əhaliyə keyfiyyətli xidmət təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər cari ildə də davam etdirilib. Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Naxçıvan şəhəri, rayon mərkəzləri və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.

Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Hələ ötən illərdə Böyük İpək Yolunun üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistralı, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu, cari ildə bu tədbirlərin davamı olaraq 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral yolu istifadəyə verilmişdir. Ölkə rəhbərinin 2011-ci il 2 sentyabr tarixli sərəncamı ilə tikintisinə başlanan 39 kilometr uzunluğunda Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunda və 57 kilometr uzunluğunda Çeşməbasar-Boyəhməd avtomobil yolunda işlər başa çatdırılaraq istismara verilmiş, cari ildə uzunluğu 59 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun müasir standartlar səviyyəsində yenidən qurulmasına başlanmışdır. Ümumilikdə, 2012-ci ildə muxtar respublikada 135 kilometr uzunluğunda yeni yollar salınmış, 8 körpü tikilmiş, 2 körpü yenidən qurulmuşdur.

Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərdən danışarkən Ali Məclisin Sədri dedi ki, son vaxtlar muxtar respublikada yaradılmış 4 elektrik stansiyası elektrik enerjisinə olan tələbatı tam ödəməklə yanaşı, onun ixracına da imkan yaratmışdır. Bununla yanaşı, enerji təhlükəsizliyində dayanıqlığı təmin etmək və alternativ enerji mənbələrindən maksimum şəkildə faydalanmaq üçün müvafiq tədbirlər davam etdirilir. 20,5 meqavat gücə malik Arpaçay Su Elektrik Stansiyasında və 36 meqavat gücə malik Ordubad Su Elektrik Stansiyasında işlər davam etdirilir. Cari ildə 1,4 meqavat gücündə "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinə də başlanılmışdır.

Enerji təhlükəsizliyinin təmin olunmasında təbii qazla təminat da mühüm əhəmiyyətə malikdir. 2012-ci ildə uzunluğu 27 kilometr olan Naxçıvan-Cəhri-Şahbuz orta təzyiqli qaz xəttində tikinti işləri başa çatdırılmış, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xəttində isə tikinti işləri davam etdirilir.

2012-ci ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği ötən illə müqayisədə 7 faiz artaraq 364 manata çatmışdır. Əməkhaqlarında müşahidə olunan artım meyilləri əhali gəlirlərinin həcminə də müsbət təsir göstərmişdir. 2011-ci ilə nisbətən cari ildə əhali gəlirlərinin həcmi 10 faiz artaraq 1 milyard manatdan çox olmuşdur. Əhali gəlirlərinin artmasına cari il iyun ayının 1-dən başlayaraq ölkə Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ-nin əmanət banklarında əmanəti olan ölkə vətəndaşlarına birdəfəlik ödəmələrin verilməsi də müsbət təsir göstərmişdir. Cari il dekabrın 20-dək muxtar respublika üzrə 32 min 917 əmanətçiyə 13 milyon manatdan çox birdəfəlik ödənişlər həyata keçirilmişdir.

İqtisadi sahədə dinamik artım meyilləri muxtar respublika büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin də artmasına səbəb olmuşdur. 2012-ci ilin ötən dövründə muxtar respublika büdcəsinin gəlirləri 55 milyon 773 min manata yaxın olmuşdur. Muxtar respublika üzrə pensiya və müavinətlərin ödənilməsinə yönəldilmiş vəsaitin 47 faizi, yaxud 46 milyon 572 min manatı məcburi dövlət sosial sığorta haqqı şəklində toplanmışdır.

Qeyd olunmuşdur ki, muxtar respublikanın iqtisadi həyatında əldə olunan nailiyyətlər xarici ticarət əlaqələrinin həcminə, onun əhatə dairəsinin genişlənməsinə və strukturuna da müsbət təsir göstərmişdir. Belə ki, idxaləvəzliyici və ixracyönlümlü məhsul istehsal edən yeni emal müəssisələrinin işə düşməsi ixracın idxalı üstələməsi ilə nəticələnmiş, müsbət saldo 299 milyon 806 min ABŞ dolları təşkil etmişdir. 2012-ci ildə xarici ticarət dövriyyəsinin həcmi bir il öncə ilə müqayisədə 11 faiz artaraq 446 milyon 158 min dollar olmuşdur ki, bunun da 73 milyon 176 min dolları idxalın, 372 milyon 982 min dolları isə ixracın payına düşmüşdür.

Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar da diqqətdən kənarda qalmamış, 12 ailə fərdi yaşayış evləri ilə təmin olunmuşdur.

Turizmin inkişaf etdirilməsi regionların sosial-iqtisadi inkişafı, eləcə də xalqımızın tarixininmilli dəyərlərin tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Muxtar respublikamızda turizm ehtiyatlarının istifadəsi, onların iqtisadi dövriyyəyə cəlb olunması sahəsində geniş imkanlar vardır. Bu sahə ilə bağlı müvafiq infrastrukturun yaradılması, reklam işlərinin aparılması, turizm ixtisası üzrə kadrların hazırlanması istiqamətində işlər sürətləndirilmiş, Naxçıvan Turizm İnformasiya Mərkəzi yeni bina ilə təmin olunmuş, 2012-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 350 mindən çox turist gəlmişdir.

Sosial-iqtisadi həyatın bütün sahələrində müşahidə olunan dinamik artım meyilləri və əhali rifahının yaxşılaşdırılması öz növbəsində demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, 2012-ci ildə muxtar respublika əhalisinin sayı əvvəlki illə müqayisədə 8 min 708 nəfər artaraq 427 min  nəfərdən çox olmuşdur.

Sosial-iqtisadi inkişafın yekunu bir daha göstərdi ki, muxtar respublika yeni-yeni nailiyyətlərə doğru inamla irəliləyir. Bütün bu uğurların əsasında isə Heydər Əliyev yoluna, quruculuq xəttinə sadiqlik, bu yolda göstərilən böyük əzmkarlıq, möhkəm qətiyyət, misilsiz dövlət və vətən sevgisi dayanmışdır - deyən Ali Məclisin Sədri çıxışını ulu öndərin bu sözləri ilə yekunlaşdırmışdır: "İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin".

Sessiyada "Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi" və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi" barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər. Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunmuşdur.

Sonra sessiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.

Gündəlikdə duran növbəti məsələ ilə bağlı Avropa Şurasının YerliRegional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov məlumat vermişdir.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq demişdir ki, 2012-ci ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsi, bu yola sədaqət hesabına əldə olunmuşdur.

Sessiyada müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında "Heydər Əliyev ili" elan edilmişdir. Ali Məclisin Sədri vurğulamışdır ki, ümummilli liderin quruculuq konsepsiyası 2013-cü ildə - "Heydər Əliyev ili"ndə də muxtar respublikada inkişafın əsas hərəkətverici qüvvəsi olacaqdır. Biz bu yolla gedərək, muxtar respublikanı davamlı inkişafa qovuşduraraq doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verəcəyik.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış altıncı sessiyası öz işini başa çatdırmışdır.

 

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2012.- 25 dekabr.- S.5.