«2012-2020-ci illər üçün
Azərbaycan Respublikasında alternativ və
bərpa olunan enerji mənbələrindən
istifadəyə dair Dövlət
Strategiyasının hazırlanması haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli
1958 nömrəli sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli 643 nömrəli fərmanının 5.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
"2012-2020-ci
illər üçün Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadəyə dair Dövlət Strategiyasının
hazırlanması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 29 dekabr tarixli 1958 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 12,
maddə 1237) 1-ci hissəsində "Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və
Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi" sözləri "Azərbaycan
Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Şirkəti" sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.4.