«Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli fərmanını "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddə 702; 2003, ¹ 6, maddə 286; 2006, ¹ 11, maddə 945; 2008, ¹ 8, maddə 719, ¹ 11, maddə 980; 2012, ¹ 7, maddə 678) 1-ci hissəsinin birinci bəndindən "61.3-cü," sözləri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 26 dekabr.- S.2.