2012-ci il sentyabrın
17-də Vilnüs şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi və Litva
Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il sentyabrın 17-də Vilnüs şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Litva Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Litva Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.2.