2012-ci il noyabrın 7-də
Bakı şəhərində imzalanmış «Azərbaycan
Respublikası hökuməti və Amerika
Birləşmiş Ştatları hökuməti arasında informasiya və kommunikasiya
texnologiyaları üzrə Əməkdaşlıq Memorandumu»nun təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il noyabrın 7-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları üzrə Əməkdaşlıq Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Memorandumun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Amerika Birləşmiş Ştatları hökumətini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.2.