Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq
edilmiş «İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı»nda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 404-IVQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr 169, 186, ¹
5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057;
2009, ¹ 2, maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə
421; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193, ¹ 6, maddə
494, ¹ 7, maddə 606, ¹ 8, maddələr 716, 725, ¹ 10, maddə
849; 2011, ¹ 6, maddə 512, ¹ 9, maddə 792; 2012, ¹ 3, maddə 200,
¹ 5, maddə 421; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
29 noyabr tarixli 757 nömrəli Fərmanı) ilə təsdiq
edilmiş "İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"nın 2.1-ci və 2.5-ci bəndlərində
"104.4-cü," sözlərindən sonra
"140-1-ci," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.3.