«Ərazi quruluşu və
inzibati ərazi bölgüsü
haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli
fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alıram:
"Ərazi
quruluşu və inzibati ərazi bölgüsü
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10,
maddə 721; 2001, ¹ 12, maddə 755; 2009, ¹ 8, maddə 624, ¹ 12,
maddə 985; 2012, ¹ 9, maddə 846) 2.1-ci bəndində
"5.6-cı," sözləri "5.7-ci," sözləri
ilə əvəz edilsin və 2.2-ci bəndinə "Qanunun
7.4.1-ci," sözlərindən sonra "7.4.3-cü,"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.3.