Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin strukturu»nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli 643 nömrəli fərmanının 5.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 402; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 7, maddə 526, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin strukturu"nun 2-ci hissəsinin ikinci abzası ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 26 dekabr.- S.3.