«Bəzi fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya)
verilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanını "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 9, maddə 555; 2003, ¹ 3, maddə 153, ¹ 10, maddə
570; 2005, ¹ 2, maddə 69, ¹ 4, maddələr 301, 307, ¹ 8, maddə
721, ¹ 10, maddə 919, ¹ 12, maddələr 1104, 1117; 2006, ¹ 7, maddə
591, ¹ 9, maddə 743, ¹ 11, maddə 945, ¹ 12, maddə 1057; 2007, ¹
6, maddə 618, ¹ 8, maddələr 759, 765, ¹ 10, maddə 943, ¹
11, maddələr 1098, 1106; 2008, ¹ 8, maddə 718, ¹ 9, maddə
799, ¹ 11, maddə 969, ¹ 12, maddə 1059; 2009, ¹ 2, maddə 64, ¹
3, maddə 163, ¹ 8, maddələr 619, 621, ¹ 10, maddə 785, ¹
11, maddə 884; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 180, ¹ 9, maddə
776, ¹ 12, maddə 1061; 2011, ¹ 2, maddə 85, ¹ 4, maddə 288, ¹ 6,
maddə 491, ¹ 8, maddə 752, ¹10, maddə 896) ilə təsdiq
edilmiş Əlavə 2 - "Xüsusi razılıq
(lisenziya) tələb olunan fəaliyyət növlərinin
siyahısı və həmin fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya) verilməsinə görə
ödənilən dövlət rüsumunun məbləğləri"nin
13-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
13.Ticarət gəmiçiliyi sahəsində
13.1.su nəqliyyatı ilə yük daşınması Dövlət Dəniz Administrasiyası 5500
13.2.su nəqliyyatı ilə sərnişin daşınması 5500
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.3.