2012-ci il sentyabrın
28-də Nyu-York şəhərində
imzalanmış «Azərbaycan Respublikası hökuməti və
Kolumbiya Respublikası hökuməti
arasında texniki əməkdaşlıq
haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il sentyabrın 28-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Kolumbiya Respublikası hökuməti arasında texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Anlaşma Memorandumunun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Kolumbiya
Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.4.