2012-ci il sentyabrın 19-da Vyana şəhərində imzalanmış «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAvstriya Respublikasının Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il sentyabrın 19-da Vyana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiAvstriya Respublikasının Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avstriya Respublikası hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 26 dekabr.- S.4.