Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, II kitab, maddə 585; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003, ¹ 6, maddə 276; 2004, ¹ 5, maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761, ¹ 11, maddə 890; 2005, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079; 2006, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847, ¹ 11, maddə 929, ¹ 12, maddə 1032; 2007, ¹ 2, maddələr 65, 68, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 606, 607, ¹ 12, maddələr 1045, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 966; 2010, ¹ 3, maddələr 171, 173, 178, ¹ 7, maddə 593, ¹ 12, maddə 1058; 2011, ¹ 6, maddə 480, ¹ 7, maddələr 589, 599; 2012, ¹ 7, maddə 674 ) 155.6-cı maddəsi aşağıdakı redaksiyada verilsin:
"155.6. Təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.3.