«Dövlət rüsumu
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹12, maddə 740; 2002, ¹12, maddə 706; 2003, ¹1, maddə 23, ¹8, maddə 428, ¹12, I kitab, maddələr 676, 698; 2005, ¹1, maddə 1, ¹6, maddə 462, ¹8, maddə 684, ¹10, maddələr 873, 905, ¹12, maddə 1083; 2006, ¹3, maddələr 223, 225, ¹6, maddə 481, ¹12, maddələr 1015, 1029; 2007, ¹2, maddə 80, ¹12, maddə 1203; 2008, ¹3, maddə 158, ¹6, maddə 462, ¹7, maddə 602, ¹12, maddə 1047; 2009, ¹1, maddə 5, ¹2, maddə 56, ¹3, maddə 160, ¹7, maddə 519, ¹12, maddə 947; 2010, ¹4, maddə 276, ¹6, maddə 485, ¹10, maddə 840, ¹11, maddə 939; 2011, ¹1, maddə 12, ¹4, maddələr 245, 264, ¹11, maddə 985, ¹12, maddə 1100; 2012, ¹1, maddə 4, ¹6, maddələr 508, 518; ¹7, maddə 646) 4.3-cü maddəsinə aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci cümlədə "nağd" sözündən sonra ", elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsiylə" sözləri əlavə edilsin.
2.
İkinci cümlədə "bank qəbzinin əsli"
sözləri "bank və ya poçt qəbzinin əsli,
elektron ödəmə sistemləri, o cümlədən
internet vasitəsiylə ödənildikdə müvafiq ödəmə
sistemindən çıxarış" sözləri ilə,
"bank sənədi" sözləri isə "bank və
ya poçt sənədi" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.3.