«Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında» Memorandumun təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli qanununun ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası qökuməti və İran İslam Respublikası hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹3, maddə 215) ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 26 dekabr.- S.4.