«Azərbaycan Respublikası hökuməti
ilə İran İslam
Respublikası hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan
Respublikası və İran İslam Respublikası vətəndaşlarının
sadələşdirilmiş qaydada sərhədi
keçmələri haqqında» Memorandumun
təsdiq edilməsi barədə» Azərbaycan
Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli
qanununun ləğv edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası hökuməti ilə İran İslam Respublikası
hökuməti arasında sərhədyanı rayonlarda
yaşayan Azərbaycan Respublikası və İran İslam
Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi
keçmələri haqqında" Memorandumun təsdiq edilməsi
barədə" Azərbaycan Respublikasının 2005-ci il 5
aprel tarixli 879-IIQ nömrəli qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik toplusu, 2005, ¹4, maddə 288) ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 26 dekabr.- S.4.