Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin.

İqtisadi cəhətdən çiçəklənən Azərbaycanın daha da inkişaf etməsinə yönəlmiş fədakar əməyiniz Sizə haqlı olaraq həm doğma ölkənizdə, həm də onun hüdudlarından çox-çox uzaqlarda hörmət qazandırmışdır. Bu gün Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda sanballı uğurlar nümayiş etdirir, beynəlxalq aləmdə öz nüfuzunu ardıcıl olaraq möhkəmləndirir.

Strateji xarakteri bizim müntəzəm, məzmunlu əlaqələrimizlə təsdiqlənən Belarus-Azərbaycan tərəfdaşlığının inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında ikitərəfli qarşılıqlı əlaqələr bundan sonra da səmərəli surətdə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Aleksandr Lukaşenko,

Belarus Respublikasının Prezidenti

Azərbaycan.-2012.- 26 dekabr.- S.2.