"Ali təhsil pilləsində tibb təhsilinin
əsas təhsili üzrə ixtisasların Təsnifatı"nın
təsdiq edilməsi və "Ali təhsilin bakalavriat səviyyəsi
ixtisaslarının (proqramlarının) Təsnifatı"nın
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 314 Bakı şəhəri, 24 dekabr 2012-ci il
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Ali təhsil pilləsində
tibb təhsilinin əsas təhsili üzrə
ixtisasların Təsnifatı" təsdiq edilsin
(əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 1, maddə 29, ¹ 4, maddə 287; 2011, ¹ 3, maddə 230, ¹ 11, maddə 1069; 2012, ¹ 4, maddə 387, ¹ 8, maddə 823) ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu" bölməsindən "050801 Müalicə işi*", "050803 Hərbi həkim işi*", "050804 Tibbi profilaktika*", "050805 Stomatologiya*" sözləri və cədvəlin sonundan "*Bu ixtisaslar üzrə həkim hazırlığı aparılır" sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 26 dekabr.- S.4.