«2013-2016-cı illərdə Azərbaycan
Respublikasında milli
təhlükəsizlikorqanlarının
fəaliyyətinin təkmilləşdirilməsinə
dair Dövlət Proqramı»nın təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, habelə terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və milli maraqların digər təhdidlərdən qorunması sahəsində təhlükəsizlik orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək, maddi-texniki bazasını və əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. "2013-2016-cı illərdə Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı" təsdiq edilsin.
2. Bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramı hər il üçün təsdiq olunan Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilsin.
3. Bu sərəncam 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 27 dekabr.- S.2.