Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 27 dekabr tarixli 1938 nömrəli sərəncamı ilə
təsdiq edilmiş «Azərbaycan
Respublikasında insan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı»nda dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli
sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı"nın (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 12, maddə
1217) 3.4.4-cü yarımbəndində "Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi," sözlərindən sonra "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 27 dekabr.- S.2.