2012-ci il sentyabrın 6-da Ştutqart şəhərində imzalanmış «Azərbaycan Respublikasının Müdafiə NazirliyiAmerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı»nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il sentyabrın 6-da Ştutqart şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə NazirliyiAmerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən İş Planının müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin İş Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Amerika Birləşmiş Ştatları hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 27 dekabr.- S.2.