2012-ci il oktyabrın 9-da Budapeşt şəhərində imzalanmış «Azərbaycan Respublikası hökuməti və Macarıstan hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair Saziş»in təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il oktyabrın 9-da Budapeşt şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Macarıstan hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 27 dekabr.- S.2.