«Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 16 avqust tarixli 614 nömrəli fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli fərmanını "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Dövlət
qulluqçularının etik davranış qaydaları
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹
8, maddə 762) 3-cü hissəsində "Komissiya"
sözündən sonra ", Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində
olan "ASAN xidmət" mərkəzlərində fəaliyyət
göstərən dövlət orqanlarının əməkdaşlarına
münasibətdə Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 27 dekabr.- S.2.