Gürcüstanın Baş naziri Bidzina İvanişvili

Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Gürcüstanın Baş naziri Bidzina İvanişvili dekabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq aeroportunda Gürcüstan hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında Gürcüstanın Baş naziri Bidzina İvanişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Gürcüstanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonra Beynəlxalq aeroportun ali qonaqlar üçün salonunda Bidzina İvanişvili və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 AzərTAc

Azərbaycan.-2012.- 27 dekabr.- S.3.