Gömrük ödənişləri üzrə
güzəştlər verilərək şərtiburaxılmış
mallar
barəsində sərəncam
verilməsi qaydası
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2012-ci il 24 dekabr tarixli 317 nömrəli
qərarı ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 163.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi qaydasını müəyyən edir.
1.2. Mallardan və nəqliyyat vasitələrindən istifadə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılış şərti buraxılışdır.
1.3. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər.
1.4. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra gömrük orqanlarının icazəsi ilə yol verilir.
1.5. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar Gömrük Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar.
2. Şərti buraxılmış mallar barəsində sərəncam verilməsinə dair tələblər
2.1. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində bu Qaydanın 1.3-cü bəndinə uyğun olmayan məqsədlər üçün sərəncam verilməsi gömrük orqanlarının icazəsi ilə aşağıdakı üsullarla həyata keçirilir:
2.1.1. qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənilərək, mallar sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməklə;
2.1.2. mallar məhv edilməklə;
2.1.3. mallardan dövlətin xeyrinə imtina edilməklə;
2.1.4. mallar gömrük ərazisindən faktiki çıxarılmaqla.
2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan icazənin alınması üçün gömrük orqanına ərizə ilə müraciət olunur.
2.3. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
2.3.1. ərizəçinin müraciət etdiyi gömrük orqanının adı;
2.3.2. ərizəçi fiziki şəxs olduqda, onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;
2.3.3. ərizə hüquqi şəxsin adından verildikdə, onun adı və hüquqi ünvanı;
2.3.4. mallara gömrük ödənişləri üzrə güzəştlər verilməsinə əsas verən və gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış malların istifadə məqsədini əks etdirən məlumatlar;
2.3.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
2.3.6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
2.3.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
2.4. Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə edilir.
2.5.
Gömrük orqanı tərəfindən müraciətə
onun daxil olduğu tarixdən 3 (üç) iş günü
müddətində baxılır və şəxsə
kağız üzərində yazılı formada icazə
verilir.
2.6.
Gömrük Məcəlləsinin tələblərinin yerinə
yetirilməməsi barədə əsas olduqda, icazənin
verilməsindən imtina edilir və bu barədə şəxsə
əsaslandırılmış səbəb göstərilməklə,
kağız üzərində yazılı formada məlumat
verilir.
3. Yekun müddəalar
3.1. Gömrük rüsumlarının və vergilərinin ödənilməsi qaydası Gömrük Məcəlləsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
3.2.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
malların şərti buraxılışına dair digər
hallar və qaydalar müəyyən oluna bilər.
Azərbaycan.-2012.- 27 dekabr.- S.4.