Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 yanvar tarixli 13
nömrəli qərarı ilə təsdiq edilmiş
"Xronometraj metodu ilə müşahidə aparılması
Qaydaları"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 319 Bakı şəhəri,
24 dekabr 2012-ci il
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 414-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 2412 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 yanvar tarixli 13 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 62; 2002, ¹ 2, maddə 112; 2003, ¹ 4, maddə 214; 2004,
¹ 4,
maddə 296; 2007, ¹ 2, maddə 201) ilə təsdiq edilmiş
"Xronometraj metodu ilə müşahidə aparılması
Qaydaları"nın 2.11-ci bəndində "malların
markalanmadan və ya saxta aksiz" sözləri
"malların, habelə dini təyinatlı ədəbiyyatın
(kağız və elektron daşıyıcılarında),
audio və video materialların, mal və məmulatların və
dini məzmunlu başqa məlumat materiallarının
markalanmadan və ya saxta" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.- 27 dekabr.- S.4.