Yaponiyanın Baş naziri zati-aliləri cənab Şinzo
Abeyə
Hörmətli cənab
Baş nazir!
Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, ənənəvi dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Fürsətdən istifadə edərək qarşıdan gələn Yeni il bayramınızı təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 28 dekabr.- S.1.