Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri
cənab
Nursultan Nazarbayevə
Hörmətli Nursultan Abişeviç!
Şımkənd şəhəri yaxınlığında
An-72 təyyarəsinin qəzaya
uğraması nəticəsində
hərbi qulluqçuların
həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş
faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxın adamlarına,
bütün Qazaxıstan
xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 28 dekabr.- S.2.