Azərbaycan dostlarından ancaq dost münasibəti gözləyir

 

Bidzina İvanişvili Azərbaycanla bağlı açıqlamalarında ehtiyatsızlığa yol verdiyini söylədi və bu halın bir də təkrarlanmayacağını vəd etdi

 

 Ötən həftə Gürcüstanın yeni Baş naziri Bidzina İvanişvilinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı verdiyi açıqlama həm qonşu ölkənin, həm də Azərbaycanın siyasi dairələrində təəccüblə qarşılandı.

Çünki belə bir layihə barədə şübhə ilə danışmaq Gürcüstanın Avropaya inteqrasiya istiqamətində iqtisadi asılılığının aradan qaldırılması, tranzit əhəmiyyəti baxımından dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsi və ən azından bu ölkənin Cənubi Qafqazdakı mövqelərinin bir qədər də möhkəmlənməsi kimi məsələləri normal qavramamaqdandüzgün dəyərləndirə bilməməkdən irəli gələ bilərdi.

Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars layihəsinin beynəlxalq İpək yolunun tərkib hissəsi olması məlum məsələdir. Bidzina İvanişvili isə Baş nazir olmamışdan əvvəl adamı kimi fəaliyyət göstərib və biznesi uğurlu alınıb. Hazırda dünyanın ən varlı adamlarından biridir. Belə bir adamın böyük iqtisadi perspektivi olan layihə barədə şübhəli danışması təəccüblü olsa da, bu cür düşüncənin kökündə iqtisadi deyil, siyasi motivlərin dayanması hər kəsə aydın idi.

Amma bir məsələ var. Ola bilsin ki, Bidzina İvanişvili uğurlu adamıdır. Biznes dünyasında irəli getmək üçün ondan nəsə öyrənmək mümkündür. Əslində o, siyasət aləmində yeni olduğundan, yəqin ki, bu, təcrübəsizliyindən irəli gəlib. Elə onun Bakı-Tbilisi-Qars layihəsi barədə söylədiklərini şərh edən politoloqlar da siyasi təcrübəsizlik məsələsini təsadüfən qabartmamışdılar.

Məsələyə tam aydınlıq gətiriləcəyi Bidzina İvanişvilinin Bakı səfəri zamanı gözlənilirdi. Belə oldu! Gürcüstanın yeni Baş naziri Bakı səfəri zamanı keçirdiyi görüşlərdə nəinki siyasi təcrübəsini artırdı, həm ölkəmizlə, eləcə Gürcüstanla bağlı siyasi düşüncələrini yenilədi. Əmin oldu ki, Gürcüstanın inkişafının, sosial rifahının, siyasi sabitliyinin, o cümlədən yeni hakimiyyətinin siyasi müqəddəratının əsas təminatçısı rəsmi Bakı Azərbaycan dövlətinin Gürcüstanı cəlb etdiyi layihələr, yatırdığı sərmayələrdir. Onun Bakıda jurnalistlərə dediyi "Mən əvvəllər ehtiyatsızlıq etmişdim bildirmişdim ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra bizim köhnə dəmir yolunda, ola bilsin ki, yük daşımaları bir az azalsın. Lakin bu, bir az ehtiyatsız edilmiş bəyanat idi" sözlərinin isə, yəqin ki, əlavə şərhə ehtiyacı yoxdur.

Bidzina İvanişvili tək Azərbaycanın deyil, bütün Qafqazın siyasi paytaxtı olan Bakını dərin vurğunluq içərisində tərk etdi. Bunu yalnız Bakıda keçirdiyi rəsmi görüşlərdə deyil, paytaxtımızın görməli yerlərində - Bayraq meydanında, Heydər Əliyev Mərkəzində çəkilən fotolarını, o cümlədən Bakının gecə mənzərəsini əks etdirən şəkli "Facebook" sosial şəbəkəsində paylaşmaqla da etiraf etdi.

Amma onu əvvəlki mövqeyindən geri çəkilməyə, ədalətli olmağa yönəldən  yalnız Bakının gözəlliyi deyil, həm rəsmi Bakının Qafqazdakı mövqeyi, liderliyi, söz sahibi olması, siyasi qətiyyəti oldu! Hər kəs bir daha əmin oldu ki, rəsmi Bakı onunla qeyri-ciddi davranmağa heç kimə imkan verməz! Azərbaycan dostundan ancaq dost münasibəti gözləyir! Budur Prezident İlham Əliyevin liderlik etdiyi Azərbaycanın siyasi iradəsi siyasi təntənəsi!

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 28 dekabr.- S.5.