Bəzi Dairə Seçki
Komissiyalarının tərkibində dəyişiklik
edilməsi barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 7/22
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Mahir Teymur oğlu Babayev 9 saylı Binəqədi ikinci, Hacırza İbrahim oğlu Nağıyev 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Həsən Bayram oğlu Bayramov 9 saylı Binəqədi ikinci, Şamil Rafiq oğlu Şamilov 88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27.12.2012-ci il
Azərbaycan.-2012.- 28 dekabr.- S. 7.