Bakı Dövlət Universitetində elmi konfrans keçirilmişdir

 

Dekabrın 27-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyinə həsr olunmuş "İnformasiya cəmiyyəti kitabxana-informasiya fəaliyyəti" mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Ayrı-ayrı dövlət qurumları nümayəndələrinin, tanınmış alimlərin təhsil işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov ulu öndər Heydər Əliyevin elm təhsilin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar.

Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən natiqlər Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmışlar.

Sonra 50 illik yubileyi qeyd edilən kitabxanaçılıq-informasiya fakültəsinin inkişaf yolu barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 1947/1948-ci tədris ilində Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin nəzdində kitabxanaçılıq şöbəsi təşkil edilmişdir. 1958-1962-ci illərdə kitabxanaçılıq şöbəsi şərqşünaslıq fakültəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. 1962/1963-cü tədris ilində kitabxanaçılıq şöbəsinin bazasında müstəqil kitabxanaçılıq fakültəsi təşkil olunmuşdur. Fakültə 2003-cü ildən kitabxanaçılıq- informasiya fakültəsi adlanır.

Kitabxanaçılıq-informasiya fakültəsi cəmiyyətin informasiya tələbatının ödənilməsində mühüm rol oynayan, xalqımızın milli mədəni sərvəti olan kitabxanalar nəşriyyat sistemi üçün yüksək ixtisaslı kadrlar hazırlayır.

Fakültədə qazanılan uğurlarda onun ilk dekanı olmuş 25 ildən artıq ona rəhbərlik etmiş, Prezident təqaüdçüsü, BDU-nun "Kitabxanaşünaslıq kafedrası"nın müdiri, professor Abuzər Xələfovun kollektivin mühüm xidmətləri olmuşdur.

Kitabxanaçılıq-informasiya fakültəsində 3 pilləli tədris prosesi həyata keçirilir. Belə ki, fakültədə 465 bakalavr, 5 ixtisas üzrə 20 magistr, fəlsəfə doktoru elmlər doktoru istiqamətində 6 nəfər təhsil alır. Bakalavr magistr pilləsində təhsil Bolonya sistemi əsasında aparılır.

Bu il ərzində fakültənin müəllimləri tərəfindən 2 monoqrafiya, 7 dərs vəsaiti nəşr etdirilmişdir.

BDU-nun məzunu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə daim böyük diqqət qayğı göstərdiyini xatırlatmış, dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir.

Q.Əliyev, eyni zamanda, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında fakültənin rolundan bəhs etmiş, müəllim tələbələrə təhsildə yeni nailiyyətlər arzulamışdır.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, professor Abuzər Xələfov digər çıxış edənlər BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin səmərəli fəaliyyətindən danışmışlar.

Fakültənin elmi pedaqoji fəaliyyəti ilə fərqlənən professor-müəllimləri Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına, fəxri fərmanlarına BDU-nun mükafatlarına layiq görülmüşlər.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 28 dekabr.- S. 7.