«Məhkəmə-Hüquq Şurası
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005,
¹ 1, maddə 8, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4; 2007, ¹ 4, maddə 321; 2010, ¹ 7, maddə 596; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 484) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddədə "təşkilinin" sözündən sonra "və hakimlərin müstəqilliyinin" sözləri əlavə edilsin.
2. 13.1-ci maddədə ", bir qayda olaraq, üç ildə bir dəfə" sözləri "beş ildə bir dəfədən az olmayaraq" sözləri ilə əvəz edilsin.
3. 14.5-ci maddədə:
3.1. birinci cümlədə "qərarlarından" sözü "qərarından həmin qərar təqdim edildiyi gündən 10 gün müddətində" sözləri ilə əvəz edilsin;
3.2. ikinci cümlədə "10 gün müddətində" sözləri "1 ay müddətində Məhkəmə-Hüquq Şurasının iclasında" sözləri ilə əvəz edilsin.
4. 19.4-cü maddədə "iki" sözü "üç" sözü ilə əvəz edilsin.
5. 21.1-ci maddənin ikinci cümləsində "bilmədikdə" sözündən sonra "və ya icraat üzrə əlavə araşdırma tələb olunduqda" sözləri əlavə edilsin.
6.
26.1-ci maddənin ikinci cümləsində "iki il altı
aydır" sözləri "beş ildir" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 29 dekabr.- S.1.