«Torpaq islahatı
haqqında» Azərbaycan Respublikasının Qanununa
və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan
Respublikasının Qanununa əlavələr
və dəyişiklik edilməsi barədə» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 11 mart tarixli 732 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 732 nömrəli Fərmanını "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 684 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Torpaq
islahatı haqqında" Azərbaycan Respublikasının
Qanununa və "Daşınmaz əmlakın dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 732 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 181) 2-ci hissəsində
"8.0.5-ci" sözləri "8.0.7-ci" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 30 dekabr.- S.3.