«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.  iki ay müddətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.8-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli nəşrlərin siyahısı ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. iki ay müddətində həmin məcəllənin 23.1.15-2-ci maddəsində nəzərdə tutulmuş vergi partnyorluğu sazişinin  formasını və bağlanma qaydasını müəyyən etsin;

1.5. iki ay müddətində həmin məcəllənin 218.2-ci maddəsinin beşinci bəndində nəzərdə tutulmuş təbii inhisar subyektlərinin siyahısını müəyyən etsin;

1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.8-ci, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin məcəllənin 23.1.15-2-ci, 102.1.14.2-ci maddələrində və 218.2-ci maddəsinin beşinci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin məcəllənin 15.1.15-1-ci maddəsində, 16.3-cü maddəsinin birinci cümləsində, 34.1-ci maddəsinin səkkizinci bəndinin ikinci cümləsində və 221.3.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.4. həmin məcəllənin 164.1.15-ci (ikinci halda) və 164.1.16-cı (ikinci halda)  maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;

2.5. həmin məcəllənin 33.3-cü maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

2.6. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

3.1. bir ay müddətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.15-1-ci maddəsində nəzərdə tutulmuş ərizə formasını, 16.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş arayış formasını, 34.1-ci maddəsinin səkkizinci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını, 65.2-ci maddəsində nəzərdə tutulmuş sərəncam formasını və 221.3.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamə formasını müəyyən etsin;

3.2. ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədi ilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bir ay müddətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.15-ci və 164.1.16-cı maddələrində nəzərdə tutulmuş təsdiqedici sənədlərin formalarını müəyyən etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylar üzrə vergi daxilolmalarının ahəngdarlığının proqnozlaşdırılması və vergi nəzarətinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitlərin maliyyələşdirilməsi ilə bağlı məlumatı hər ay başa çatdıqdan sonra növbəti ayın 10-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qeyri-dövlət sektorunun müxtəlif fəaliyyət sahələrində peşələr və vəzifələr üzrə orta aylıq əmək haqqı məbləğinə dair statistik göstəriciləri şəhər və rayonlar üzrə hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərin daşınmaz əmlakları barədə daşınmaz əmlakın dövlət reyestrindəki məlumatları hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

8. Azərbaycan Respublikasının  Ədliyyə  Nazirliyi:

8.1. daşınmaz əmlakın alğı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatı hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin;

8.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

9. Bu fərman 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 30 dekabr.- S.6.