«Dövlət rüsumu
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12, I kitab, maddələr 676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr 223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə 1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56, ¹ 3, maddə 160, ¹ 7, maddə 519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə 485, ¹ 10, maddə 840, ¹ 11, maddə 939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr 245, 264, ¹ 11, maddə 985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr 508, 518, ¹ 7, maddə 646; Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 434-IVQD nömrəli Qanunu) 4.1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. ikinci bəndə "işçilərinin" sözündən sonra "("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla)" sözləri əlavə edilsin.
2. maddəyə aşağıdakı məzmunda üçüncü bənd əlavə edilsin:
"ASAN
xidmət" mərkəzlərində dövlət
orqanları tərəfindən həyata keçirilən xidmətlərə
görə ödənilən dövlət
rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti
orqanının işçilərinin və həmin mərkəzlərdə
fəaliyyət göstərən digər dövlət
qulluqçularının sosial müdafiəsini gücləndirmək
və maddi təminatını yaxşılaşdırmaq məqsədi
ilə xüsusi hesaba köçürülür.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 30 dekabr.- S.3.