Azərbaycan Respublikasının Vergi Məcəlləsində

dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

 I. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I kitab, maddə 583; 2001, ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12, maddə 734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə 425, ¹ 12, I kitab, maddə 671; 2004, ¹ 1, maddə 1, ¹ 11, maddə 887, ¹ 12, maddə 980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə 688, ¹ 12, maddə 1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹ 1, maddə 4, ¹ 6, maddə 597, ¹ 8, maddə 745, ¹ 11, maddə 1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə 960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr 588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, 652, ¹ 9, maddə 841) aşağıdakı dəyişikliklər edilsin:

 

 

 

1. 13.2.14.7-ci maddəyə “əməliyyatları” sözündən sonra “, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri” sözləri əlavə edilsin.

 

 

 

2. Aşağıdakı məzmunda 13.2.16.17-1-ci maddə əlavə edilsin:

 

“13.2.16.17-1. mədəniyyət, incəsənət, teatr, kino, radio, televiziya, musiqi, rəssamlıq, idman, mühəndislik, memarlıq, arxitektura və elm sahələri üzrə Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı edilən ödənişlər.”.

 

 

 

3. 13.2.17-ci maddədə “100” rəqəmi “500” rəqəmi ilə əvəz edilsin.

 

 

 

4. 13.2.37-ci maddəyə “mənfəət” sözündən sonra  “(fərdi sahibkarlar tərəfindən gəlir)” sözləri əlavə edilsin;

 

 

 

5. Aşağıdakı məzmunda 13.2.43-cü - 13.2.51-ci maddələr əlavə edilsin:

 

“13.2.43. İdman mərc oyunları – idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar;

 

13.2.44. İdman mərc oyunlarının operatoru – idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs.

 

13.2.45. İdman mərc oyunlarının satıcısı – idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyununun iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən şəxs;

 

13.2.46. Üçüncü şəxs – vergi orqanı tərəfindən kameral və ya səyyar qaydada yoxlanılan, vergi ödəyicisinin fəaliyyətində malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bilavasitə əlaqəli olan rezident və ya qeyri-rezident şəxs;

 

13.2.47. Vergi riskləri - vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi nəticəsində vergi ödəyicisinin maliyyə itkilərinə məruz qalmasının mümkünlüyü;

 

13.2.48. Vergi risklərinin minimallaşdırılması - vergi ödəyicisinin vergi hesablamalarının tam və ya qismən yerinə yetirməsinə mənfi təsirlərin azaldılması və ya aradan qaldırılması;

 

13.2.49. Vergi partnyorluğu sazişi - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşması.

 

13.2.50. İri vergi ödəyicisi – bu məcəllənin məqsədləri üçün aşağıdakı meyarlardan ən azı birinə uyğun olan vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla):

 

13.2.50.1. əvvəlki 3 ilin hər birində mülkiyyətində olan əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 2.500.000 manatdan və əvvəlki 3 il üzrə orta illik dövriyyəsi (ƏDV-siz) 1.250.000 manatdan çox olduqda;

 

13.2.50.2. son 3 vergi ili ərzində bu məcəllə ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləği hər il üçün 500.000 manatdan çox olduqda;

 

13.2.50.3. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təbii inhisarçılara və ya bazarda hökmran mövqe tutan subyektlərə aid olunan vergi ödəyiciləri, o cümlədən onların Azərbaycan Respublikasının rezidenti olan törəmə təsərrüfat cəmiyyətləri.

 

13.2.51. Xüsusi vergi rejimli müəssisə - qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında və xüsusi iqtisadi zonalar haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən, vergitutma və vergi nəzarəti məsələlərində müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsi xüsusi qaydalarla müəyyən edilən vergi ödəyiciləri, habelə xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik və analoji nümayəndəlikləri, konsulluq idarələri və digər rəsmi nümayəndəlikləri.”.

 

 

 

6. 14.3.4-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı  məzmunda 14.3.5-ci maddə əlavə edilsin:

 

“14.3.5. bu məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda.”.

 

 

 

7. 15.1.13-cü maddədə “sonra” sözündən sonra “bu məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla” sözləri əlavə edilsin.

 

 

 

8. Aşağıdakı məzmunda 15.1.15-1-ci maddə əlavə edilsin:

 

“15.1.15-1. vergi risklərinin minimallaşdırılması məqsədi ilə “Vergi partnyorluğu sazişi” bağlamaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək;”.

 

 

 

9. 16.1.1-ci maddəyə “vergiləri” sözündən sonra “, habelə bu məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri” sözləri əlavə edilsin.

 

 

 

10. 16.1.6-cı  maddədə “sənədləri” sözündən sonra “, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə” sözləri əlavə edilsin.

 

 

 

11. 16.1.8.3-cü maddəyə “satışı” sözündən sonra “, idman mərc oyunları üzrə operator və satıcı tərəfindən həyata keçirilən fəaliyyət” sözləri əlavə edilsin.

 

 

 

12. Aşağıdakı məzmunda 16.1.11-1-ci və 16.1.11-2-ci maddələr əlavə edilsin:

 

“16.1.11-1. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq nağdsız ödənişlərin aparılması üçün POS-terminalların quraşdırılmasını və istifadəsini təmin etmək;

 

16.1.11-2. vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək;”.

 

 

 

13. 16.3-cü maddədə “müvafiq” sözündən sonra “icra hakimiyyəti orqanının müəyyən etdiyi formada” sözləri əlavə edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

 

“Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.”.

 

 

 

14. 23.1.2-ci maddədə “habelə” sözü çıxarılsın, “almaq” sözündən sonra “, habelə  mühasibat uçotu  elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını  tələb etmək” sözləri əlavə edilsin.

 

 

 

15. 23.1.3-cü maddədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada” sözləri ilə əvəz edilsin və həmin maddəyə ikinci halda “qaydada” sözündən sonra “elektron və (və ya) kağız formatda aparılan” sözləri əlavə edilsin.

 

 

 

16. Aşağıdakı məzmunda 23.1.15-1-ci və 23.1.15-2-ci maddələr əlavə edilsin:

 

“23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;

 

23.1.15-2. vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada “Vergi partnyorluğu  sazişi” bağlamaq;”.

 

 

 

17. Aşağıdakı məzmunda 24.0.5-1-ci maddə əlavə edilsin:

 

“24.0.5-1. vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə;”.

 

 

 

18. 24.0.7-ci maddəyə “məlumatları” sözündən sonra “(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

 

 

19. 30.6.6-cı maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.6.7-ci maddə əlavə edilsin:

 

“30.6.7. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə maliyyə monitorinqi orqanına.”.

 

 

 

20. 32.4-cü maddəyə “binalara” sözündən sonra  “(ərazilərə)” sözü əlavə edilsin.

 

 

 

21. 33.2-ci maddənin birinci hissəsi aşağıdakı məzmunda verilsin:

 

“33.2. Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm   filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.”.

 

 

 

 

 

22. 33.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

 

“Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar.”.

 

 

 

23. 33.7-ci maddədə “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri “Bu Məcəllənin 13.2.50-ci və 13.2.51-ci maddələrində göstərilən” sözləri ilə əvəz edilsin.

 

 

 

24.  34.1-ci maddənin beşinci hissəsindən “və yaşadığı yer haqqında məlumat” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda sonuncu hissə əlavə edilsin:

 

“Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

 

 

25. 34.7.3.2-ci maddəyə “qaydada” sözündən sonra “ölmüş,” sözü əlavə edilsin.

 

 

 

26. 34.8.3-cü maddəyə “çıxarışı” sözündən sonra  (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

 

 

27. 36.3-cü maddənin ikinci hissəsində “digər şəxslərlə” sözləri “üçüncü şəxslərlə” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

 

“Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur.”

 

 

 

28. 37.1-ci maddədən “vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə” və “digər” sözləri çıxarılsın və həmin maddəyə “sənədlər” sözündən sonra “və mənbəyi məlum olan məlumatlar” sözləri əlavə edilsin.

 

 

 

29. 37.4-cü maddənin birinci hissəsinin birinci cümləsində “bildiriş” sözü “vergi orqanının qərarı” sözləri, ikinci cümləsində “Bildirişdə” sözü “Vergi orqanının qərarında” sözləri ilə əvəz edilsin və bu maddənin ikinci hissəsi aşağıdakı məzmunda verilsin:

 

“Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının  bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.”.

 

 

 

30. 37.5-ci maddəyə “dövrədək” sözündən sonra  (vergi ödəyicisinin bu məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

 

 

31. 38.2-ci maddənin üçüncü hissəsinin birinci bəndi ləğv edilsin.

 

 

 

 

 

32. 38.3.5-ci maddədə “gizlədildiyi (azaldıldığı) aşkar edildikdə” sözləri “gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə” sözləri ilə əvəz edilsin.

 

 

 

33. 38.5.1-ci maddədən “sonuncu” sözü çıxarılsın.

 

 

 

34. 38.5.3-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 38.5.4-cü maddə əlavə edilsin:

 

“38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda.”.

 

 

 

35. Aşağıdakı məzmunda 38.7-ci maddə əlavə edilsin:

 

 “38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):

 

38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər;

 

38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək;

 

 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya  ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;

 

 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda - xarici ölkədən cavab alınanadək;

 

38.7.5. bu məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək.”.

 

 

 

36. 42.1-ci maddənin birinci hissəsinə “vəzifəli şəxsi” sözlərindən sonra “bu məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə” sözləri, “sənədləri” sözündən sonra “, habelə elektron faylları” sözləri əlavə edilsin və ikinci hissə aşağıdakı məzmunda verilsin:

 

“Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir.”.

 

 

 

 37. 42.2-ci maddəyə “sənədlərin” sözündən sonra “və ya elektron faylların” sözləri əlavə edilsin.

 

 

 

 38. 42.3-cü maddəyə hər iki halda “sənədlərin” sözündən sonra “və ya elektron faylların” sözləri əlavə edilsin.

 

 

 

39. 43.6-cı maddənin birinci cümləsindən “, habelə müşahidəçilərin” sözləri çıxarılsın.

 

 

 

40. 50.1.8-ci maddə aşağıdakı məzmunda verilsin:

 

“50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi.”.

 

 

 

41. 50.6-cı maddənin ikinci cümləsi aşağıdakı məzmunda verilsin:

 

“Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.”.

 

 

 

42. Aşağıdakı məzmunda 50.8.8-ci maddə əlavə edilsin:

 

“50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).”.

 

 

 

43. Aşağıdakı məzmunda 50-1-ci maddə əlavə edilsin;

 

“Maddə 50-1. Xronometraj metodu ilə müşahidə aparılması

 

50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla  istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır:

 

50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ;

 

50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda;

 

50-1.1.3. bu məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə.

 

50-1.2. Bu məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər.

 

50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır.

 

50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır.

 

50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır.

 

50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur.”.

 

 

 

44. 53.1-ci maddənin birinci hissəsində “İnzibati Xətalar Məcəlləsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi” sözləri əlavə edilsin.

 

 

 

45. 57-ci maddənin adı aşağıdakı məzmunda verilsin:

 

“Maddə 57. Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları”.

 

 

 

46. Aşağıdakı məzmunda 57.3-cü maddə əlavə edilsin:

 

 “57.3. Bu məcəllənin 23.1.2-ci maddəsində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə sənədlərin və ya məlumatların bu məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”.

 

 

 

47. 58.2-ci maddədən “, yaxud yaşadığı yerin dəyişməsi” sözləri çıxarılsın.

 

 

 

48. 58.3-cü maddədə “banka və ya digər kredit təşkilatına” sözləri “kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə” sözləri ilə əvəz edilsin və həmin maddəyə “sərəncamın verildiyi tarixdən” sözlərindən sonra “, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən” sözləri əlavə edilsin.

 

 

 

49. 58.7.1-ci, 58.7.2-ci və 58.7.3-cü maddələrdə “il” sözü “təqvim ili” sözləri ilə əvəz edilsin.

 

 

 

50. 58.11-ci maddəyə “hesaba” sözündən sonra “(rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

 

 

51. 59.2-ci maddənin ikinci cümləsində “yoxlama” sözü “səyyar vergi yoxlaması” sözləri ilə əvəz edilsin.

 

 

 

52. 60.1.2-ci maddədə “uyğun tutulması” sözlərindən sonra “yaxud bu məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulması” sözləri, “əməliyyatların məbləğlərinin” sözlərindən sonra “, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə pul vəsaitinin dondurulması haqqında vergi orqanlarının sərəncamlarında göstərilən məbləğlərin” sözləri əlavə edilsin.

 

 

 

53. 64-cü maddədə “Mülki Prosessual” sözləri “İnzibati Prosessual” sözləri ilə əvəz edilsin.

 

 

 

54. 65.2-ci maddə aşağıdakı məzmunda verilsin:

 

“65.2. Bu məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

 

65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir:

 

65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə;

 

65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə;

 

65.2.1.3. məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq;

 

65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda.

 

65.2.2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq və bu məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

 

65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər.”.

 

 

 

55. 65.4-cü maddədə “sanksiyalarının ödənilməsinə” sözlərindən sonra “, yaxud bu məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına” sözləri əlavə edilsin.

 

 

 

56. 65.8-ci maddədə “və faizlərin” sözləri “, faizlərin və maliyyə sanksiyalarının” sözləri ilə, “və faizlər” sözləri “, faizlər və maliyyə sanksiyaları” sözləri ilə əvəz edilsin, “alındıqda” sözündən sonra “və ya dondurulduqda” sözləri və həmin maddəyə aşağıdakı  məzmunda ikinci hissə əlavə edilsin:

 

“Vergi orqanının sərəncamı geri qaytarılana qədər  kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.”

 

 

 

57. 67.1-ci maddənin əvvəlində “Vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə,” sözləri “Bu məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə” sözləri ilə əvəz edilsin.

 

 

 

58. Aşağıdakı məzmunda 67.14-cü maddə əlavə edilsin:

 

“67.14. Bu məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.”.

 

 

 

59. Aşağıdakı məzmunda 71.4-cü maddə əlavə edilsin:

 

“71.4. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.”.

 

 

 

60. 76-cı maddənin mətni aşağıdakı məzmunda verilsin:

 

“76.1. Vergi ödəyicisinin bu məcəllə ilə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılmaması, fəaliyyəti dayandırıldığı zaman bank əməliyyatlarının aparılması, mühasibat və hesabat sənədlərinin məhv olunması (itirilməsi) halları aşkar edildikdə, vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə, onlara əraziyə (yaşayış sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, habelə Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı vergi məsələlərinə dair beynəlxalq müqavilələrin məlumat mübadiləsi haqqında müddəalarına əsasən digər dövlətin aidiyyəti orqanları tərəfindən vergi məqsədləri üçün həmin müqavilənin tətbiq edildiyi şəxsin Azərbaycan Respublikasındakı banklarda olan hesabları və həmin hesablar üzrə əməliyyatlar barədə məlumatların alınması üçün sorğu edildikdə, vergi orqanları kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə yazılı bildiriş göndərməklə, həmin bankın xidmət etdiyi vergi ödəyicisinin  (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir.

 

76.2. Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.

 

76.3. Bu maddə ilə müəyyən edilmiş qaydada bank hesabları və ya əməliyyatlar barədə alınmış məlumatlar müvafiq beynəlxalq müqavilənin müddəaları əsasında digər dövlətin aidiyyəti orqanlarına verilə bilər. Digər hallarda bank hesabları və əməliyyatlar barədə alınmış məlumatların digər orqanlara və ya vətəndaşlara verilməsi qadağandır.”.

 

 

 

61. 83.9-cu maddəyə “mənfəəti” sözündən sonra “(gəliri)” sözü və “mənfəət” sözündən sonra “(gəlir)” sözü əlavə edilsin.

 

 

 

62. 89.6-cı maddənin axırıncı hissəsinin əvvəlinə “inventarizasiya aparılmaqla” sözləri əlavə edilsin.

 

 

 

63. 97.3.3-cü maddəyə “gəlirlərdən” sözündən sonra “və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan” sözləri əlavə edilsin.

 

 

 

64. 99.3.8-ci maddədən mötərizə içərisində verilmiş “və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı” sözləri çıxarılsın.

 

 

 

65. 99.3.10-cu maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 99.3.11-ci maddə əlavə edilsin:

 

“99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər  tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq.”.

 

 

 

66. 101.1-ci maddədə 1-ci cədvəldə hər üç halda “2000” rəqəmi “2500” rəqəmi ilə, “280” rəqəmi “350” rəqəmi ilə, “30 “ rəqəmi “25” rəqəmi ilə əvəz edilsin.

 

 

 

67. 101.2-ci maddədə 2-ci cədvəldə  hər üç halda “24000” rəqəmi  “30000” rəqəmi ilə, “3360” rəqəmi “4200” rəqəmi ilə, “30” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin.

 

 

 

68. 102.1.6-cı maddədə hər iki halda “minimum əmək haqqının” sözləri “əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun” sözləri ilə əvəz edilsin.

 

 

 

69. 102.1.8-ci maddəyə “icbari” sözündən sonra “sığorta” sözü əlavə edilsin.

 

 

 

70. 102.1.14.2-ci maddə aşağıdakı məzmunda verilsin:

 

“102.1.14.2. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş  ezamiyyə xərclərinin məbləğləri;”.

 

 

 

71. 102.1.18-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.19 - 102.1.21-ci maddələr əlavə edilsin:

 

“102.1.19. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından  əldə edilən uduşlar.

 

102.1.20. Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği.

 

102.1.21. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) – qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq – 7 il müddətinə.”.

 

 

 

72. 102.2.3-cü maddə ləğv edilsin.

 

 

 

73. 102.2.4-cü maddədə “I və II qrup” sözləri çıxarılsın.

 

 

 

74. 102.3-cü maddədə “100” rəqəmi “200” rəqəmi ilə əvəz edilsin.

 

 

 

75. 102.4-cü maddədə “55” rəqəmi “100” rəqəmi ilə əvəz edilsin.

 

 

 

76. 102.5-ci maddədə “20” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.

 

 

 

77. Aşağıdakı məzmunda 104.5-ci maddə əlavə edilsin:

 

“104.5. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət  vergisinin vergitutma obyekti deyildir.”.

 

 

 

78. 106.1.5-ci maddədən “(Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla)” sözləri çıxarılsın.

 

 

 

79. 106.1.11-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 106.1.12-ci və 106.1.13-cü maddələr əlavə edilsin:

 

“106.1.12. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin sənaye və texnologiyalar parkının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi;

 

106.1.13. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir – qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq – 7 il müddətinə.”.

 

 

 

80. 109.5-ci maddədə “Fiziki” sözü “Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki” sözləri ilə əvəz edilsin.

 

 

 

81. 114.6-cı maddədə “100” rəqəmi “500” rəqəmi ilə əvəz edilsin və həmin maddənin sonuna aşağıdakı məzmunda yeni cümlə əlavə olunsun:

 

“Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.”.

 

 

 

82. 114.8-ci maddədə “100” rəqəmi “500” rəqəmi ilə əvəz edilsin.

 

 

 

83. 116.1-ci maddədə “sığorta təşkilatları” sözləri “sığortaçılar” sözü ilə əvəz edilsin.

 

 

 

84. 119-cu maddə aşağıdakı məzmunda verilsin:

 

“Maddə 119. Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması.

 

119.1. Aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:

 

119.1.1. Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi;

 

119.1.2. bu məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla).”.

 

 

 

85. 123.1-ci maddədə “banklarına” sözü “kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə” sözləri ilə əvəz edilsin.

 

 

 

86. 124.4-cü maddə aşağıdakı məzmunda verilsin:

 

“124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.”.

 

 

 

87. 143-cü maddənin birinci hissəsinə “malik olduğu xərclər” sözlərindən sonra “və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq)” sözləri əlavə edilsin.

 

 

 

88. 151.5.7-ci maddədə “əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındıqdan sonra” sözləri “mənfəət və ya gəlir vergisi  ödəyicisi olduqda”  sözləri ilə əvəz edilsin.

 

 

 

89. 155.1-ci maddə aşağıdakı məzmunda verilsin:

 

“155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olan şəxslər (bu məcəllənin 218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində  ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

 

Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 120.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.”.

 

 

 

90. 157.3.1-ci maddə aşağıdakı məzmunda verilsin:

 

“157.3.1. məcburi qeydiyyat zamanı:

 

- ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə;

 

- bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 120.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək.”.

 

 

 

91. 157.3.3-cü maddə aşağıdakı məzmunda verilsin:

 

“157.3.3. Bu məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə.

 

Bu məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin  dəqiqləşdirilməsinə  və əvəzləşdirilməsinə yol verilmir.”.

 

 

 

92. 158.1-ci maddəyə “ödəyicisi” sözündən sonra “(bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə)” sözləri əlavə edilsin.

 

 

 

93. 158.2-ci maddədə “75.000” rəqəmi “60.000” rəqəmi ilə əvəz edilsin.

 

 

 

94. 159.5-ci maddəyə “xarab olması” sözlərindən sonra “, tam amortizasiya olunmadan uçotdan silinməsi ” sözləri əlavə edilsin.

 

 95. Aşağıdakı məzmunda 159.10-cu maddə əlavə edilsin:

 

“159.10. Bu məcəllənin 164.1.15, 164.1.16 və 164.2-ci maddələrinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi vergi tutulan əməliyyat sayılır.”.

 

 96. 164.1.4-cü maddəyə “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun” sözləri və “habelə” sözündən sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözləri əlavə edilsin.

 

 

 

97. 164.1.8-ci maddəyə “büdcədən maliyyələşdirilən” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş” sözləri əlavə edilsin.

 

 98. 164.1.10-cu maddəyə “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun” sözləri əlavə edilsin.

 

 99. 164.1.13-cü maddədən “məktəbəqədər” sözü çıxarılsın.

 

 100. 164.1.14-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 164.1.15-164.1.17-ci maddələr əlavə edilsin:

“164.1.15. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye və texnologiyalar parkının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

164.1.16. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı  tarixdən 7 il müddətinə;

164.1.17. hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi.”.

 

 101. 166.1-ci maddənin birinci cümləsinə “üçün” sözündən sonra “ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə” sözləri əlavə edilsin.

 

 102. 166.1.1-ci və 166.1.2-ci maddələr aşağıdakı məzmunda verilsin:

 

“166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud;

166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda.”.

 

 103. 175.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.17-ci maddəsində nəzərdə tutulmuş subsidiyalar istisna olmaqla, dövlət büdcəsindən müxtəlif mənbələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.”.

 

 104. 176.4-cü maddədən “sifariş edilməyən, çap edilməyən və” sözləri çıxarılsın.

 

 105. 188.1.1-ci maddədə “3 blok” sözləri “600 ədəd” sözləri ilə əvəz edilsin.

 

 106. 195.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

“Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada tərtib edilməyən elektron vergi hesab-fakturaları və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 189-cu maddəsinin məqsədləri üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirmə etibarsız hesab edilir.”.

 

 107. Aşağıdakı məzmunda 199.7-ci və 199.8-ci maddələr əlavə edilsin:

 

“199.7. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar.

 

199.8. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının idarəedici təşkilatı və ya operatoru sənaye və texnologiyalar parkının ərazisində yerləşən əmlaklarına görə  əmlak vergisini ödəməkdən azaddır.”.

 

 108. 202.0.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 

“Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.”.

 

 109. Aşağıdakı məzmunda 207.3-cü və 207.4-cü maddələr əlavə edilsin:

 

“207.3. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

207.4. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının idarəedici təşkilatı və ya operatoru sənaye və texnologiyalar parkının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.”.

 

 110. 210-cu maddəyə “daxil olan” sözlərindən sonra “və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda” sözləri əlavə edilsin.

 

 111. 211.1-ci maddədə “növündən,” sözündən sonra “mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən” sözləri əlavə edilsin və həmin maddədə “yük götürmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlığından” sözləri “oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən,” sözləri ilə əvəz edilsin.

 

 

 

112. 211.1.1-ci maddəyə “daxil olan” sözlərindən sonra “və bu məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda” sözləri əlavə edilsin.

 

113. 211.1.1.1-ci maddə aşağıdakı məzmunda verilsin:

 

“211.1.1.1. minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

 

 

 

Ölkə ərazisində qaldığı müddət

 

Mühərrikin həcmi 2000 kub santimetrədək

 

olduqda

 

Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda

 

Mühərrikin

 

həcmi 4000 kub santimetrdən

 

çox olduqda

 

1 aya qədər

 

15 ABŞ dolları

 

20 ABŞ dolları

 

40 ABŞ dolları

 

3 aya qədər

 

30 ABŞ dolları

 

40 ABŞ dolları

 

60 ABŞ  dolları

 

1 ilə qədər

 

40 ABŞ dolları

 

80 ABŞ dolları

 

120 ABŞ dolları

 

1 ildən yuxarı

 

40 ABŞ dolları + 1 ildən artıq qalan  hər gün üçün 0,5  ABŞ dolları

 

80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları

 

120  ABŞ   dolları+ 1 ildən artıq qalan  hər gün üçün  1,2 ABŞ dolları

 

 114. 211.1.1.2-ci maddədəki cədvələ aşağıdakı məzmunda sonuncu sətir əlavə edilsin:

 

 1 ildən yuxarı

 

1050 ABŞ dolları + 1 ildən artıq qaldığı  hər gün üçün 12 ABŞ dolları

1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları

1750 ABŞ dolları + 1ildən artıq qaldığı hər gün üçün

20 ABŞ dolları

 

 115. 211.1.1.3-cü maddədəki cədvələ aşağıdakı məzmunda sonuncu sətir əlavə edilsin:

 

 

1 ildən yuxarı

1400 ABŞ dolları + 1 ildən artıq qaldığı  hər gün üçün 15 ABŞ dolları

2800 ABŞ dolları + 1 ildən

artıq qaldığı hər gün üçün

30 ABŞ dolları

 

 

116. Aşağıdakı məzmunda 211.1.1.4-cü və 211.1.1.5-ci maddələr əlavə edilsin:

“211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün  Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən  ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.

211.1.1.5. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.”.

 

 117. 211.1.2-ci maddədən “və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri” sözləri çıxarılsın.

 

 118. 211.1.2-ci maddədəki cədvəl aşağıdakı məzmunda verilsin:

 

 

 

Vergitutma obyektinin adı

 

Yol vergisinin dərəcəsi

 

1

 

2

 

Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri:

 

 - mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

 

20 manat

 

- mühərrikin həcmi 2000 kub santimetrdən 3000 kub santimetrədək olduqda

 

20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox olan hissəsinin  hər kub santimetrinə görə - 0,02 manat

 

-mühərrikin həcmi 3000 kub  santimetrdən 4000 kub santimetrədək olduqda

 

 40 manat + mühərrikin həcminin 3000  kub santimetrdən çox olan hissəsinin  hər kub santimetrinə görə - 0,03 manat

 

-mühərrikin həcmi 4000 kub santimetrdən 5000 kub santimetrədək olduqda

 

 70 manat + mühərrikin həcminin 4000  kub santimetrdən çox olan hissəsinin  hər kub santimetrinə görə - 0,04 manat

 

- mühərrikin həcmi 5000 kub santimetrdən çox olduqda

 

110 manat + mühərrikin həcminin 5000  kub santimetrdən çox olan hissəsinin  hər kub santimetrinə görə - 0,05 manat

 

 119. 211.3-cü maddədə “artırılır:” sözündən sonra maddənin sonunadək olan hissə aşağıdakı cədvəl ilə əvəz edilsin:

 

 Ölkə ərazisində qaldığı müddət

 

 4 oxa qədər olduqda

 

 

 

 

 

4 ox və çox olduqda

 

az təhlükəli

 

yüklər üçün

 

təhlükəli yüklər üçün

 

xüsusi

 

təhlükəli yüklər üçün

 

az təhlükəli

 

yüklər üçün

 

təhlükəli yüklər üçün

 

xüsusi

 

təhlükəli yüklər üçün

 

1 gün üçün

 

20 ABŞ dolları

 

40 ABŞ dolları

 

80ABŞ dolları

 

30 ABŞ dolları

 

60 ABŞ dolları

 

120ABŞ dolları

 

2 həftəyədək

 

40 ABŞ dolları

 

80 ABŞ dolları

 

160ABŞ dolları

 

80 ABŞ dolları

 

160 ABŞ dolları

 

320ABŞ dolları

 

1 aya qədər

 

140 ABŞ dolları

 

280 ABŞ dolları

 

560ABŞ dolları

 

280 ABŞ dolları

 

560 ABŞ dolları

 

1120ABŞ dolları

 

3 aya qədər

 

400 ABŞ dolları

 

800 ABŞ dolları

 

1600ABŞ dolları

 

800 ABŞ dolları

 

1600 ABŞ dolları

 

3200ABŞ dolları

 

1 ilə

 

qədər

 

1400 ABŞ dolları

 

2800 ABŞ dolları

 

5600ABŞ dolları

 

2800 ABŞ dolları

 

5600 ABŞ dolları

 

11200ABŞ

 

dolları

 

1 ildən

 

yuxarı

 

1400 ABŞ dolları +1 ildən artıq qaldığı    hər gün üçün 15 ABŞ dolları

 

2800 ABŞ dolları +1 ildən artıq qaldığı  hər gün üçün 30 ABŞ dolları

 

5600 ABŞ dolları + 1 ildən artıq qaldığı  hər gün üçün 60 ABŞ dolları

 

2800 ABŞ dolları +1 ildən artıq qaldığı  hər gün üçün 30 ABŞ dolları

 

5600 ABŞ dolları +1 ildən artıq qaldığı  hər gün üçün 60 ABŞ dolları

 

11200 ABŞ dolları + 1 ildən artıq qaldığı  hər gün üçün 120 ABŞ dolları

 

 120. 212.1-ci maddəyə “zaman” sözündən sonra “və bu məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı  hallarda” sözləri əlavə edilsin.

 

 121. 216.2-ci maddənin cədvəlindən “daş” sözü çıxarılsın.

 

 122. 218.1-ci maddənin birinci hissəsi aşağıdakı məzmunda verilsin:

 

“218.1. Bu məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.”.

 

 123. Aşağıdakı məzmunda 218.1.1.3-cü maddə əlavə edilsin:

 

“218.1.1.3. idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər.

 

 124. 218.2-ci maddədə “vergitutma sistemini tətbiq etmək” sözləri “vergi ödəyicisi olmaq” sözləri ilə əvəz edilsin və həmin maddəyə “əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər” sözlərindən sonra aşağıdakı hissə əlavə edilsin:

 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri.”.

 

 125. 219.1-ci maddəyə “gəlirlərin” sözündən sonra “(ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə)” sözləri əlavə edilsin.

 

 126. Aşağıdakı məzmunda 219.1.3-cü maddə əlavə edilsin:

 

“219.1.3. idman mərc oyunlarının operatoru  üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir.”.

 

 127. 219.2.1-ci maddəyə “hüquqi şəxslər” sözlərindən sonra “bu fəaliyyət üzrə” sözləri əlavə edilsin.

 

 128. Aşağıdakı məzmunda 220.9-cu maddə əlavə edilsin:

 

“220.9. İdman mərc oyunlarının operatoru tərəfindən  oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.”.

 

 129. 221.3-cü maddənin ikinci hissəsi aşağıdakı məzmunda verilsin:

 

“Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.”.

 

 130. Aşağıdakı məzmunda 221.3.1-ci maddə əlavə edilsin:

 

“221.3.1. Bu məcəllənin 218.1.1.3-cü maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.”.

 

131. Aşağıdakı məzmunda 221.7-ci maddə əlavə edilsin:

 

“221.7. Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu məcəllənin 218.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.”.

II. Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılmış sənaye və texnologiyalar parkının rezidenti sənaye və texnologiyalar parkında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.

III. Bu qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 30 dekabr.- S.4-5.