Ağdaş rayonunun inzibati ərazi bölgüsündə

qismən dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq  qərara alır:

Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1.  Məşəd kənd inzibati ərazi dairəsi tərkibindəki Məşəd kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2.  Məşəd kənd inzibati ərazi dairəsinin mərkəzi Məşəd kəndindən Gürcüva kəndinə keçirilsin və Məşəd kənd inzibati ərazi dairəsi Gürcüva kənd inzibati ərazi dairəsi hesab edilsin.

3.  Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Qəsil kəndinin ərazisindən 320,95 ha (bundan dövlət mülkiyyətində olan 95,89 ha, bələdiyyə mülkiyyətində olan 22,33 haxüsusi mülkiyyətdə olan 202,73 ha), Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindəki Dəhnəxəlil kəndinin ərazisindən 239,64 ha (bundan dövlət mülkiyyətində olan 24,9 ha, bələdiyyə mülkiyyətində olan 94,0 haxüsusi mülkiyyətdə olan 120,74 ha), Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 haxüsusi mülkiyyətdə olan 99,1 ha), Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndinin ərazisindən 95,05 ha (bundan dövlət mülkiyyətində olan 21,97 haxüsusi mülkiyyətdə olan 73,08 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Məşəd kəndinin 439,2 ha (bundan dövlət mülkiyyətində olan 72,7 ha, bələdiyyə mülkiyyətində olan 79,62 haxüsusi mülkiyyətdə olan 286,88 ha) təşkil edən ərazisi bütövlükdə bu qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Ağdaş şəhərinin inzibati ərazisinə verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 30 dekabr.- S.6.