Astara rayonunun Ərçivan kəndinə qəsəbə

 statusunun verilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan kənd inzibati ərazi dairəsi tərkibindəki Ərçivan kəndinə qəsəbə statusu verilsin, Ərçivan kənd inzibati ərazi dairəsi Ərçivan qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 30 dekabr.- S.6.