«Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 27-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə"nin 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasının başa çatmasını nəzərə alaraq qərara alıram:

1. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002,

¹ 6, maddə 372; 2005, ¹ 6, maddə 495; 2012, ¹ 4, maddə 378) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Sərəncamın adından və 1-ci hissəsindən "delimitasiyası və" sözləri çıxarılsın;

1.2. Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş "Komissiyanın üzvləri" bölməsi aşağıdakı yeni redaksiyada verilsin:

 

 

"Elçin Quliyev          - Dövlət Sərhəd Xidmətinin rəisi

Oruc Zalov              - daxili işlər nazirinin müavini

Hilal Əsədov            - milli təhlükəsizlik nazirinin müavini

Firdovsi Əliyev         - ekologiya və təbii sərvətlər nazirinin müavini

Azad Nağıyev            - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini

Məmməd Sadıq Quliyev     - Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Elxan Usubov            - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı

İslam Rzayev            - Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Şəmsəddin Xanbabayev    - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev          - Qax Rayon İcra Hakimiyyətinin başçısı

Səbuhi Abdullayev       - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

Şair Alxasov                 - Qusar Rayon İcra Hakimiyyətinin başçısı

Eyvaz Qurbanov          - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə       - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Eyvaz Cəfərov           - Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi

Zavər Qafarov           - Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi".

 

 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 30 dekabr.- S.3.