Fələstin Dövlətinin Prezidenti zati-aliləri cənab Mahmud Abbasa
Hörmətli cənab Prezident!
Fələstin Dövlətinin milli bayramı münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Fələstin Dövləti
arasında münasibətlər
xalqlarımızın mənafeyinə
uyğun olaraq bundan sonra da
inkişaf edəcək
və genişlənəcəkdir.
Bu bayram günündə
Sizə ən xoş arzularımı yetirir, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 31 dekabr.- S.1.