Kuba Respublikası Dövlət
Şurasının və Nazirlər Şurasının Sədri zati-aliləri cənab Raul
Kastro Rusa
Hörmətli
cənab Sədr!
Kuba
Respublikasının milli bayramı - Azadlıq günü
münasibətilə Sizə və Sizin simanızda
bütün xalqınıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm
ki, Azərbaycan ilə Kuba arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın mənafeyinə
uyğun olaraq inkişaf edəcək və daha da genişlənəcəkdir.
Bu
xoş gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Kuba xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 20 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 31 dekabr.- S.1.