Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2013-cü il büdcəsini formalaşdırmaq və Fondun
valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin
gəlirləri 11 482 040,4 min manat, xərcləri 13 403 099,4 min
manat məbləğində təsdiq edilsin.
2.
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2013–cü il büdcəsinin gəlirləri
aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra
¹-si
Gəlir
mənbələri
Gəlirlərin
məbləği
(min manat)
2.1.Azərbaycan
Respublikasının payına düşən karbohidrogenlərin
satışından əldə edilən xalis gəlirlər
(karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər,
bank, gömrük rəsmiləşdirilməsi, müstəqil
nəzarət (sörveyer), marketinq və sığorta xərcləri
çıxılmaq şərti ilə, habelə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri,
payçısı və ya tərəfdaşı olduğu
layihələrdə onun sərmayəsinə və ya iştirak
payına düşən gəlirlər istisna olmaqla)
11
171 072,0
2.2.Karbohidrogen
ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər
tərəfindən müqavilə sahəsindən istifadə
üçün ödənilən akrhesabı ödənişlər
1
833,1
2.3.Neftin
və qazın Azərbaycan Respublikasının ərazisi ilə
ötürülməsindən əldə edilən gəlirlər
9
223,8
2.4.Dövlət
Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən
və idarə olunmasından əldə edilən gəlirlər
287
448,1
2.5.Neft-qaz
sazişlərinin imzalanması və ya icrası ilə
bağlı sərmayəçilər tərəfindən
ödənilən bonuslar
11
963,4
2.6.Qanunvericiliyə
uyğun olaraq digər gəlirlər və daxilolmalar
500,0
Cəmi
11 482 040,4
3.
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2013-cü il büdcəsinin xərcləri
aşağıdakı məqsədlərə yönəldilir:
Sıra
¹-si
Xərc
istiqamətləri
Xərclərin
məbləği
(min
manat)
3.1.Qaçqınların
və məcburi
köçkünlərin sosial-məişət və məskunlaşma
məsələləri ilə bağlı bəzi tədbirlərin
maliyyələşdirilməsi
300 000,0
3.2. Azərbaycan Respublikasının
2013-cü il dövlət büdcəsinə
transfert
11 350 000,0
3.3.Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi
107 438,0
3.4.Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi
138 274 ,5
3.5.2007-2015-ci
illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramının maliyyələşdirilməsi
34 056,0
3.6.Azərbaycan Respublikasında
bütün yaşayış
məntəqələrinə çıxış imkanı
yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması
layihəsinin maliyyələşdirilməsi
103 555,9
3.7.Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının
iştirak payının
maliyyələşdirilməsi
211 950,0
3.8.Türkiyə Respublikasında
"Star" neft emalı
kompleksinin tikintisi layihəsində Azərbaycan
Respublikasının iştirak
payının maliyyələşdirilməsi
596 600,0
3.9.TANAP layihəsində Azərbaycan Respublikasının
iştirak payının
maliyyələşdirilməsi
86 350,0
3.10.Xəzər dənizində
yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan
Respublikasının iştirak
payının maliyyələşdirilməsi
388 575,0
3.11.Azərbaycan Respublikası
Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər
86 300,0
Cəmi
13 403 099,4
4.
“2013-cü ildə Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ” təsdiq edilsin (əlavə olunur).
5. “Azərbaycan Respublikası
Dövlət Neft Fondunun 2013-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).
6. Azərbaycan Respublikasının
Dövlət Neft Fondu bu fərmandan
irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2012-ci il
Azərbaycan.-2012.- 31 dekabr.- S.2.