2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri

 

1.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;

1.2. Dövlət büdcəsinə transfert;

1.3. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;

1.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;

1.5. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;

1.6. Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi;

1.7. Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;

1.8. Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;

1.9. TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;

1.10. Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.

 

2. Neft Fondunun investisiya siyasəti

 

2.1. Neft Fondunun investisiya siyasətinin məqsədi

 

 2013-cü ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir.

 

2.2. Neft Fondunun investisiya portfeli

 

2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi

 

2013-cü il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 25,2 milyard manata bərabər götürülür. İnvestisiya portfelinin məcmu dəyəri Neft Fondunun büdcəsində təsdiq edilmiş xərclərin aparılması üçün konvertasiya edilərək manat hesablarına köçürülmüş vəsait çıxıldıqdan sonra qalan xarici valyutada ifadə olunan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.

 

2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi

 

Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin:

" 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;

" 40 faizi AVRO-da ifadə olunan aktivlərə;

" 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;

" qalan 5 faizi isə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi idarə edilməsi haqqında Qaydalar"ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

2.2.3. İnvestisiya portfelinin alt portfelləri

2.2.3.0. Neft Fondunun investisiya portfeli aşağıdakı alt portfellərdən (bundan sonra "portfel") ibarətdir:

1. borc öhdəlikləri pul bazarları alətləri portfeli - investisiya portfelinin məcmu dəyərinin minimum 85 faizi;

2. səhm portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;

3. daşınmaz əmlak portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;

4. qızıl portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi.

2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi

1. Neft Fondunun borc öhdəlikləri pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (AVRO istisna olmaqla) üzrə dərc edilmiş 3 (üç) aylıq LIBOR faiz dərəcəsi götürülür.

2. Neft Fondunun borc öhdəlikləri pul bazarları alətləri portfelinin AVRO-da ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 3 (üç) aylıq EURİBOR faiz dərəcəsi götürülür.

3. LİBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 3 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə edilə bilər.

4. Səhm portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI World İndex-i götürülür.

 

2.3. Risklərin idarə olunması üzrə tələblər

2.3.1. Faiz dərəcəsi riski

 

Neft Fondunun borc öhdəlikləri portfelinin faktiki ortaçəkili investisiya müddəti (durasiyası) dünya bazarlarındakı cari vəziyyətdən asılı olaraq fond tərəfindən müəyyən edilir 48 ayı üstələməməlidir.

 

2.3.2. Kredit riski

 

Neft Fondunun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi idarə edilməsi haqqında Qaydalar"a uyğun olmalıdır. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.

 

2.3.3. Likvidlik üzrə tələblər 

 

Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi fondun büdcə xərcləri üzrə planlaşdırılan pul digər köçürmələrinin tam vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısa müddətli pul bazarları alətlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 günündən çox davam etməməlidir.

 

2.3.4. Xarici menecerlər üzrə tələblər

 

1. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır. Neft Fondunun RAMP proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına idarəetməyə verilən vəsaitlərinin həcmi 500 milyon ABŞ dollarından artıq olmamalıdır.

2. Neft Fondunun vəsaitinin idarə edilməsinə cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Neft Fondu ilə bu menecerlər arasında bağlanan sazişdə əks etdirilməlidir.

 

 

Azərbaycan.-2012.- 31 dekabr.- S.2.