«Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında» sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" sazişdə Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının 2011-ci il 30 sentyabr tarixli 137 və 138 nömrəli qətnamələri ilə bəyənilmiş dəyişikliklər təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2012-ci il

 

Azərbaycan.-2012.- 31 dekabr.- S.2.