Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 noyabr tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının vəzifəli şəxslərinin Siyahısı"nda  dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 326  Bakı şəhəri, 28 dekabr 2012-ci il

 

 "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il                       20 noyabr tarixli 183 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 685; 2004, ¹ 5, maddə 392, ¹ 9, maddə 744; 2006, ¹ 12, maddə 1160) ilə təsdiq edilmiş "Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının vəzifəli şəxslərinin Siyahısı" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 31 dekabr.- S.3.