Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 325  Bakı şəhəri, 28 dekabr 2012-ci il

 

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10, maddə 1021,  ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr 146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447, ¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹ 10, maddə 1028; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 265 nömrəli qərarı) ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın II bölməsinin 21-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

 

"21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

21.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin:

21.1.1. ərazi gömrük idarələri:

21.1.1.1. Bakı Baş Gömrük İdarəsi;

21.1.1.2. Sumqayıt Baş Gömrük İdarəsi;

21.1.1.3. digər ərazi gömrük idarələri;

21.1.2. ixtisaslaşdırılmış gömrük idarələri:

21.1.2.1. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi;

21.1.2.2. Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi;

21.1.2.3. Enerji Gömrük İdarəsi;

21.1.2.4. Aksiz Gömrük İdarəsi;

21.1.2.5. Avtonəqliyyat Gömrük İdarəsi;

21.1.3. gömrük postları.".

 

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 31 dekabr.- S.3.